Cahangir Hacıyevin arvadı milyonluq mülkləri uğrunda mübarizə aparır-VİDEO

Cahangir Hacıyevin arvadı milyonluq mülkləri uğrunda mübarizə aparır-VİDEO
11 Oktyabr 2018
Mətni dəyiş
[embed]https://www.youtube.com/watch?v=_mLJss3YDBk[/embed] Beynəlxalq Bankın sabiq sədrinin arvadı anonimliyinin qorunması tələbi ilə məhkəməyə müraciət edib Londonlu hakim oktyabrın 10-da günorta saatlarından etibarən Azərbaycan Beynəlxalq Bankının məhkum olunmuş sabiq prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın iddiasına baxıb. Zamirə Hacıyeva öz ölkəsində üzləşə biləcəyi potensial təhlükəni nəzərə alaraq anonimliyinin qorunmasını istəyir. Zamirə Hacıyeva tələbində həmçinin 22 milyon funt (təxminən 29 milyon dollar) dəyərində olan iki əmlakının saxlanılmasını da nəzərdə tutur. Hacıyevanın əri Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevdir. O, 2016-cı ildə dələduzluqla ittiham olunaraq 15 il müddətində həbs edilib. Hacıyevanın vəkilləri qeyd edib ki, əgər Hacıyevanın şəxsiyyəti açıqlanarsa, o, Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilə və həbs oluna bilər. Bu ilin fevral ayında Britaniyanın Milli Cinayət Agentliyi Hacıyevadan Londonda aldığı villa üçün ödənilən 22 milyon funtun mənşəyi barədə məlumat təqdim etməsini istəmişdi. Bunun üçün Hacıyeva “İzahedilməmiş Sərvət Sərancamı” vasitəsilə gəlirinin şəffaf olduğunu izah etməli idi. Milli Cinayət Agentliyinin araşdırmaçıları düşünür ki, potensial çirkli pullarla Britaniyaya investesiya qoyan xarici korrupsioner rəsmiləri hədəfləyən “İzahedilməmiş Sərvət Sərancamı” vasitəsilə korrupsioner əmlak sahiblərini cinayətdə ittiham etmək və onların aktivlərini təqib etmək mümkün olacaq. Milli Cinayət Agentliyinin baş istintaqçısı Donald Toon isə deyib ki, əmlakın alınması üçün vəsaitin mənşəyini müəyyən edə bilmədikdə onlarla bağlı sorğu aparacaqlar.““İzahedilməmiş Sərvət Sərəncamı” Britaniyada qanunsuz gəlirlərlə investesiya qoyulması ehtimalını azaldacaq,” – Donald Toon əlavə edib. Rəsmi məlumatlar cütlüyün Harrods-ın avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) Gulfstream G550 jet təyyarəsini aldığını da ortaya çıxarıb. Zamirə Hacıyeva ilk dəfə "İzahedilməyən Sərvət Sərəncamı" tətbiq ediləndə buna qarşı çıxmağa cəhd etsə də, hakimlər ona 39 milyon funtu (51.30 milyon dollar) geri ödəməyi əmr edib. Lakin Hacıyeva hələ də sərvətinin əlindən alınması qərarının ləğv olunması üçün çalışır. Zamirə Hacıyeva “Harrods” alış-veriş mərkəzinə bir dəqiqəlik uzaqlıqda olan evinə görə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib. Eyni zamanda o Berkshire qraflığında 10 milyon funt (13.15 milyon dollar) dəyərində qolf kursu və “Mill Ride Golf and Country Club”-u satın alıb.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun