"ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur. Bu, bir qədər səs-küylü bəyanat ola bilər. Amma buna cəmiyyət, dövlət qərar verməlidir".
Bunu Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.
O qeyd edib ki, danışıqlar birbaşa Ermənistan və Azərbaycan rəhbərliyi arasında keçirilməlidir:
[caption id="attachment_27258" align="alignleft" width="300"] Zahid Oruc[/caption]"Bunun üçün danışıqlar komissiyası formalaşdırmaq olar ki, işin praktiki, texniki tərəflərini hazırlasın. Gələcəkdə bu görüşlərə Dağlıq Qarabağ icmalarının nümayəndələri də cəlb edilə bilər. Beynəlxalq dairələrin bu məsələyə qarışmış əllərini bir qədər neytrallaşdırmaq lazımdır ki, danışıqlar aparmaq mümkün olsun. Bunun nəticəsinə daha çox inamlı yanaşıram, nəinki ATƏT-in Minsk qrupuna”.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.