Ekspertiza: "Bıçaqda Məmməd İbrahimin əl izi yoxdur"

Ekspertiza: "Bıçaqda Məmməd İbrahimin əl izi yoxdur"
23 Oktyabr 2018
Mətni dəyiş

Yaxın günlərdə AXCP Rəyasət Heyətinin həbsdə olan üzvü Məmməd İbrahimin məhkəməsi başlanacaq.

Bu barədə siyasi məhbusun oğlu Turan İbrahim məlumat yayıb. O bildirib ki, atası haqqında yeni cinayət işinin istintaqı başa çatıb.

Onun sözlərinə görə, hazırda cinayət işinin materiallarıyla tanışlıq mərhələsidir: "İstintaq dövründə vəkil vəsatət qaldırmışdı ki, ekspertiza keçirilsin, atamın yatağından tapıldığı iddia olunan bıçaqda onun əl-barmaq izlərinin olub-olmadığı müəyyənləşdirilsin. Ekspert rəy verib ki, bıçaqda Məmməd İbrahimin əl izi yoxdur".

M.İbrahim haqqında yeni cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılacaq.

Xatırlatma

Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs edilib və xuliqanlıq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Həbs cəzasının başa çatmasına bir gün qalmış ona qarşı qadağan edilmiş əşyaların (bıçaq) qanunsuz saxlanması ittihamı irəli sürülüb, bu maddə ilə o, 6 aya qədər azadlıqdan məhrum edilə bilər.

Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi AXCP üzvü barədə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun