Cəmil Həsənli (Milli Şura sədri)
Dünən, oktyabr ayının 15-də Ermənistanla Qarabağ arasında Laçın və Kəlbəcər yollarından sonra üçüncü yolun tikintisinə qərar verilib. Ermənistan rəhbərliyinin qərarından belə anlaşılır ki, bu üçüncü yol Araz çayı boyunca, işğal olunmuş Azərbaycan rayonlardan, yəni, Zəngilan, Cəbrayıl və Füzulidən keçməlidir. Bu layihənin icrası ilə “Arsax Ruts İnvestment” şirkətinin məşğul olacağı bildirilir. Bununla ermənilər açıqca bəyan edirlər ki, Dağlıq Qarabağ ətrafındakı işğal etdikləri rayonları azad etmək fikrində deyillər. Elə bu qərarın icrası ilə bağlı müzakirələrdə iştirak etmək üçün dünən Ermənistan prezidenti Armen Sarkisyan Dağlıq Qarabağa gəlib.
Dünən, yəni ermənilər bu qərarı qəbul edən gün Azərbaycan hakimiyyəti gələn il Bakı şəhərində keçiriləcək “Formula-1″ yarışlarına bilet satışına start verib. Azərbaycan rəhbərliyinin fikrincə Bakı şəhərinin mərkəzində 100 milyonlarla manat vəsait hesabına başa gələn YAPalaq maşınların şütüməsi 2019-cü ilin aprel ayının 26-dan 28-nə qədər davam edəcək. Paytaxt əhalisi üçün “Pyotr cəza üsulu”na çevrilmiş bu üç günlük ziyanlı, əhalini alçaldan, cərimə xarakteri daşıyan yarışlarına görə şəhər 3 ay mühasirə həyatı yaşayır, paytaxtın mərkəzi hissəsinə beton istehkamlar qurulur, insanların rahatlığı, şəhər nəqliyyatının ritmi pozulur, şəhərin mərkəzinə giriş-çıxış bağlanır, beton istehkamların arasında şütüyən YAPalaq maşınların səs-küydən qulaq tutulur, üstəlik büdcəyə də böyük həcmdə ziyan dəyir. Bütün əhalinin lənəti hesabına Əliyevlər bu lənətə gəlmiş oyunla özlərinə “immic” qazanmaq istəyirlər. Bir ağılsız qərarın əsirinə çevrilib paytaxt əhalisini bəlayə, özlərinə nifrətə düçar ediblər. . İndi özünüz müqayisə edin, eyni gündə ermənilər nəyə qərar verirlər, İlham Əliyevin anti-milli rejimi nəyə qərar verir. Ölkənin müdafiə büdcəsin oğurlayıb əyri yollarla London ofşorlar hesablarıan daşıyan, Rusiya ilə silah müamiləsindən “otqat” qatlayan bir rejimdən ayrı nə gözləmək olar? Ermənilər Qarabağa üçüncü yolu çəkir, Azərbaycan hakimiyyəti isə bir birindən mənasız yol xəritələri.