Cəmiyyət

Etimad Əsədov vəfat etdi

1 dəqiqə
Etimad Əsədov vəfat etdi

Bu gün səhər saatlarında Qarabağ qazilər birliyinin sədri, 1-ci qrup Qarabağ qazisi, keçmiş seçki məhbusuEtimad Əsədov vəfat edib.

Etimad Əsədov bir neçə müddət idi ki, ağciyər xərçəngindən əziyyət çəkirdi.

1963 - cü il təvəllüdlü E. Əsədov Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” ictimai birliyinin sədri idi. 2003-cü ilin 16 oktyabr tarixində saxta seçkilərə etiraz etdiyi üçün həbs edilmişdi.

Allah rəhmət eləsin!

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun