Gürcüstanda prezident seçkilərinin yekunları haqda
Gürcüstanda keçirilən prezident seçkiləri Azərbaycanda maraqla izlənilib. Seçkilərdə sonuncu dəfə xalq prezidenti birbaşa səsvermə yolu ilə seçir. Ölkə konstitusiyasına əsasən beşinci prezident vəzifəsi təmsilçilikdir, real hakimiyyət baş nazir Mamuka Baxtadzeyə məxsusdur. Lakin 2020-ci ildə ölkədə növbəti parlament seçkiləri keçiriləcək. Seçkilərin yekunlarına əsasən icra hakimiyyəti müəyyən ediləcək. Ardıcıl olaraq, 2018-ci il seçkiləri iki il sonra mümkün daxilisiyasi trendi göstərir.
Əslən azərbaycanlı olan Gürcüstan vətəndaşlarının səslərinin həlledici olması amili çox maraqlıdır. Bu səslər Mixail Saakaşvilnin partiyasının, sonda isə onun özünün hakimiyyətə qayıtmasında həlledici rol oynaya bilər. Azərbaycanlılar faktoru Tbilisidə də diqqətlə izlənilir. Azərbaycan investisiyaları Gürcüstan iqtisadyyatına mühüm töhfə verir.
Bazar günü keçirilən seçkinin yekunları göstərdi ki, əsasən ölkə vətəndaşları iki siyasi qüvvə arasında seçim aparıblar: hakim Gürcüstan Arzusu Partiyası (keçmiş xarici işlər naziri Salome Zurabişvilini dəstəkləyir) və müxalifətyönlü Milli Hərəkat Partiyası (Qriqol Vaşadzenin namizədliyini irəli sürüb). Saakaşvilinin prezidentliyi dövründə o, mədəniyyət və idman naziri, xarici işlər naziri postlarını tutub. Vaşadzenin xanımı balerina Ananiaşvili prezidentin oğlu Nikolaz Saakaşvilinin xaç anası olub.
Səslərin 100% hesablanmasından sonra müstəqil namizəd Salome Zurabişvili 38,66% səs toplayıb;
Qriqol Vaşadze (Saakaşvilinin partiyasından) - 37,7%;
David Bakradze (Avropa Gürcüstanı Partiyası)- 10,97%;
Digər dörd namizəd birlikdə 13,6% səs toplayıb.
Aparıcı namizədlər arasında faiz fərqi 1% və ya 15 min səs azdır.
Vaşadze Kutaisi, Rustavi, Batumi, Poti, Zuqdidi kimi iri şəhərlərdə və Tbilsinin beş rayonunda qalib gəlib.
İddialıların heç biri bütün səslərin yarıdan çoxunu toplamadığına görə Gürcüstanda ikinci tur olacaq. Seçkilər təxminən dekabrın 2-də keçiriləcək. Əgər ikinci turda Vaşadze birinci turda başqa namizədə verilmiş səsləri öz tərəfinə çəkə bilsə, qalib gələcək. Eləcə də əgər azərbaycanlıların yaşadıqları rayonlarda effektiv təşviqat apararsa daha böyük uğur qazana bilər. Gürcüstandakı azərbaycanlıların səsləri belə bölünüb:
Qardabani: müxalifət (Vaşadze) 60%, hakimiyyət (Zurabişvili) - 40%;
Marneuli: müvafiq olaraq 52% və 48%;
Dmanisi: 52% və 48%;
Bolnisi: 59% və 41%
Məlum olur ki, Vaşadzenin uğurunu onun rəqibi, Gürcüstan erməniləri ilə görüşündə antitürk bəyanatı səsləndirən Zurabişvili təmin edib. Erməni əhalinin yaşadığı Ninotsminda rayonunda olan Zurabişvili onun səyləri ilə "Vətəndaşlıq haqqında" qanuna dəyişikliyin edildiyini xatırladıb. Qanuna əsasən keçmiş Gürcüstan vətəndaşları 2018-ci il avqustun 15-dən 2020-ci il dekabrın 31-dək Dövlət Xidmətlərinin İnkişafı Agentliyinə müraciət edərək Gürcüstan vətəndaşlığını bərpa edə bilər. Bundan sonra başqa dövlətin pasportunun olmasına görə avtomatik olaraq Gürcüstan vətəndaşlığından məhrum edilməyəcəklər. Belə ki, Samtsxe-Cavaxeti bölgəsində ermənilərin çoxunun 2-3 vətəndaşlığı (Gürcüstan, Ermənistan, Rusiya) var. Əvvəllər bu cür sakinlər Gürcüstan vətəndaşlığından məhrum edilirdi. Zurabişvili bildirib ki, "bundan öncə bir prezident (Mixail Saakaşvili) türklərin çoxuna vətəndaşlıq verib, bu gün onun nümayəndəsi (Qriqol Vaşadze) mənim opponentlərimdən biridir, ancaq sizə vətəndaşlıq verməyib".
Zurabişvili ehtiyatsız bəyanatı ilə öz rəqibini Türkiyənin tərəfdarı adlandırmaqla özünü azərbaycanlıların əleyhdarları sırasına aid edib. Azərbaycanlılar Salomeyə Saakaşvilinin nümayəndəsinə - Qriqol Vaşadzeyə səs verməklə cavab veriblər. FB-də erməni istifadəçi Gürcüstanda ermənilərin səs verməsinə qızaraq yazıb: "Yatarsansa belə olar".
Əgər Vaşadze azərbaycanlılarla əlavə görüşlər keçirərsə, rəqibin antitürk təşviqatını bilməyənlərin diqqətinə çatdırarsa ikinci turda azərbaycanlıların yaşadığı rayonlarda əhali Saakaşvilinin tərəfdarına birinci turda olduğundan daha çox səs verər.
Faktiki olaraq Gürcüstandakı azərbaycanlılar digər qüvvələrlə birlikdə Putin Rusiyasına mənfi münasibətilə tanınan eks-prezident Mixail Saakaşvilini hakimiyyətə qaytarırlar. Əgər işlər belə gedərsə onun siyasi dirilişi tezliklə- 2 ildən sonra parlament seçkilərində baş verə bilər.