AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində yeni cinayət işi üzrə həbs qətimkan qərarından apellyasiya şikayəti verilib. Bu barədə azadliq.infoya Məmməd İbrahimin oğlu Turan İbrahim bildirib. “Vəkillə yeni iş üçün müqavilə bağladıq. Yasamal rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verildi. Sabah vəkil Məmməd İbrahim in özü ilə də görüşməlidir. Bundan sonra daha ətraflı məlumat veriləcək,-deyə o, vurğulayıb.
Xatırladaq ki, AXCP funksioneri 2015-ci ildə qurama itihamla həbs olunub. Barəsində 3 illik azadlıqdan mərhumetmə hökmü çıxarılıb. Azadlığa çıxmasına bir gün qalmış 2018-ci ilin sentyabrın 28-də Cinayət Məcəlləsinin 317-2.1 maddəsi ilə yeni cinayət işi açılıb, barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.