Mərkəzi Bankın sədri Elman Rüstəmov bildrib ki, "neftin qiyməti sabitdir və yüksəkdir, valyuta mövqeyi möhkəmdir".
O, manatın məzənnəsinin yaxın vaxtlarda dəyişib-dəyişməyəcəyi ilə bağlı münasibətini açıqlayarkən deyib.
Çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Elman Rüstəmov bildirib ki, "əsas məqsəd məzənnə deyil, qiymət sabitliyidir".
"Dəqiq proqnoz deyə bilmərəm, amma həm daxili, həm də xarici şərait göstərir ki, makroiqtisadi sabitlik var. O cümlədən, neftin qiyməti sabitdir və yüksəkdir. Valyuta mövqeymiz möhkəmdir. ÜDM-nin də artımı dayanıqlıdır. Bütövlükdə bu məsələ makroiqtisadi sabitlikdən asılı olacaq, amma dediyim kimi, bu sahədə sabitlik var", cənab Rüstəmov deyib.
Mərkəzi Bank: "Üzən məzənnəyə tam keçmək üçün ilk növbədə onun şəraitini yaratmaq lazımdır"
Azərbaycan: Sadələşdirilmiş vergi ƏDV-yə keçir, sahibkarlar nə deyir?
Elman Rüstəmov bildirib ki, yeni büdcə qaydalarının tətbiqi və orta müddətli xərclər strategiyasının tətbiqi onlara gələcəyə "optimist baxmağa imkan verir".
"İnanıram ki, AMB və Maliyyə Nazirliyi birgə fəaliyyət göstərərək, orta müddətli dövrdə makroiqtisadi sabitliyi qorumaq üçün lazımi addımları atacaq".
Mərkəzi Bank uçot dərəcəsinin 10 faizdən 9,75 faizə endirib.
Qurum hesab edir ki, son 3 ayda inflyasiyada azalma müşahidə edilib. "Son makroiqtisadi proqnozlar 2018-ci ilin souna 3-4 faiz səviyyəsində qərarlaşacağını göstərir", Mərkəz Bnak hesab edir.
Elman Rüstəmov bildirib ki, daxili valyuta bazarında tarazlıq qorunub və Azərbaycanın "strateji valyuta ehtiyatları 45 milyard dollara çatıb".