Dünya İqtisadi Forumu: Azərbaycan “qlobal rəqabətqabiliyyətlilik” indeksiində geriləyib
Rövşən Ağayev
Dünya İqtisadi Forumunun “qlobal rəqabətqabiliyyətlilik” indeksi rəsmi təbliğatda geniş istifadə edilən beynəlxalq reytinqlərdən biridir. Səbəb odur ki, bu reytinq ölkədə iqtisadi inkişafı keyfiyyət yönündən daha çox kəmiyyətcə qiymətləndirmələrinə əsaslanıb. Nəticədə isə, məsələn, nəhəng neft gəlirləri hesabına keyfiyyətcə inkişaf deyil, kəmiyyətcə böyümə Azərbaycanı reytinqdə cəlbedici yerlərə çıxarıb və bu da rəsmi təbliğatın işinə yarayıb.
Yaxud biznesin qediyyatı nə qədər qısalıbsa reytinq o qədər yaxşılaşıb, amma cəmi bir neçə saata qeydiyyat səhadətnaməsi almış sahibkarın sonra hansı boğucu vergi-investisiya mühitində boğulacağını bu indeks görə bilməyib. Amma bir məsələni də ədalət naminə qeyd etmək lazımdır: indeks 12 bölmə və 93 göstərici üzrə qiymətləndirmə aparır. Həmin göstəricilərin heç də hamısında vəziyyətimiz “güllük-çiçəklik” olmur. Sadəcə kimə hansı yandan sərfəlidirsə, həmin tərəfləri qabardır. Forum 2018-ci il üçün yeni reytunqini açıqlayıb. Bu dəfə Azərbaycan ötən ilə nisbətən 4 pillə geriləyib və 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb. Təhlil və analizlərimdə bu hesabata etibar edib istinad etməsəm də, yeni hesabatda Azərbaycanın kifayət qədər zəif mövqedə olduğu, əsas göstəricilərə diqqət yetirmək lazımdır.
Media azadlığına görə 133-cü yer – (140 ölkədən) İnfyasiya səviyyəsinə görə – 128-ci yer Sosial kapitala görə – 123-cü yer Fond bazarının kapitalizasiya səviyyəsinə görə – 119-cu yer Qeyri-işlək kreditlərin səviyyəsinə görə – 118-ci yer Büdcə şəffaflığına görə – 116-cı yer Borclanma dinamikasına görə – 111-ci yer Elmi məqalələrə görə – 108-ci yer Əmək haqqı vergisinə görə – 106-cı yer Korrupsiyanın səviyyəsinə görə – 102-ci yer Özəl sektorun kreditləşmə səviyyəsinə görə – 99-cu yer Sağlam həyata yaşaya bilmə müddətinə görə – 90-cı yer Elmi xərclərin səviyyəsinə görə – 90-cı yer Yollarla əhatə səviyyəsinə görə – 89-cu yer Audit və hesabatlılıq standartlarına görə – 88-ci yer Məktəb həyatının gözlənilən davametmə müddəti – 88-ci yer Genişzolaqlı mobil əlaqə səviyyəsinə görə – 88-ci yer görə Patentlərə görə – 87-ci yer Araşdırma institutlarının keyfiyyətinə görə – 86-cı yer Hava limanlarının mövcudluğuna görə – 79-cu yer
İndekslə bağlı yazanda hərtərəfli yazmaq gərəkdi.