AFFA-nın İntizam Komitəsi oktyabrın 23-də keçirdiyi iclasında "Qarabağ" futbol klubunun cəzalandırılması ilə bağlı qərar qəbul edib.
Oktyabrın 20-si milli çempionatda "Səbail”ə qarşı keçirilən matça protokolda adı olmayan futbolçu buraxdığı üçün Ağdam klubu komanda 8000 manat cərimə olunub və 0:3 hesablı texniki məğlubiyyət verilib.
"Qarabağ” – "Səbail” matçında ağdamlılar 1:0 hesabı ilə üstün gəlmişdilər.
Hazırda çempionata 19 xalla "Neftçi” başçılıq edir. "Qarabağ”ın 16, "Səbail” və "Sabah”ın 13 xalı var.
Azərbaycanın milli futbol çempionatı 1992-ci ildən keçirilir. İndiyədək 8 dəfə "Neftçi”, 6 dəfə "Qarabağ”, 3 dəfə "Kəpəz”, 2 dəfə "Şəmkir”, 2 dəfə "Bakı”, 2 dəfə "İnter”, 1 dəfə "Turan”, 1 dəfə "Xəzər Lənkəran” çempion olub.
2001-2002 mövsümü yarımçıq qalıb, növbəti mövsüm isə çempionat keçirilməyib.