Sülh üzrə Nobel mükafatını 2018-ci ildə İraqdan olan hüquq müdafiəçisi Nadya Murad və Konqodan olan həkim Denis Mukveqe alacaqlar. Onlar hərbi münaqişələr zamanı seksual zorakılığa qarşı mübarizə apardıqlarına görə mükafata layiq görülüblər.
Bu il Sülh üzrə Nobel mükafatına 217 nəfər namizəd irəli sürülmüşdü.
Başa çatmaqda olan həftə içində səhiyyə, fizika, kimya üzrə Nobel mükafatçılarının adları açıqlanıb. «Nobel həftəsi» oktyabrın 8-dək davam edəcək. Bazar ertəsi iqtisadiyyat üzrə laureatın adı açıqlanacaq. Bu il ədəbiyyat üzrə mükafat verilməyəcək.