“Ərdəbil məktəbləri arasında idman yarışları” çərçivəsində keçirilən oyunlarda məktəblilər milli şüarlar səsləndiriblər.
Noyabrın 11-dən başlayan yarışlara Ərdəbilin “17 Şəhrivər” məktəbi ev sahibliyi edir. Ərdəbilli məktəblilər müxtəlif idman növləri üzrə yarışlar keçirəcək.
Cənubi azərbaycanlı fəallar bildirirlər ki, İran rejimi 25 il əvvəl Azərbaycan sözünü Ərdəbil əyalətinin üzərindən götürdüyü zaman bu sözün unudulacağını zənn edirdi, lakin “Azərbaycan” sözü hər bir ərdəbilli, o cümlədən məktəblilərin dilindən düşmür.
Bu gün Ərdəbildə məktəblər arasında keçirilən yarışlarda səsləndirilən şüarların əksəriyyətində “Azərbaycan” sözü olub.
Fəallar bildirir ki, Ərdəbil və digər Azərbaycan əyalətlərinin əhalisi “Azərbaycan” sözünün Ərdəbil əyalətinə rəsmi şəkildə qaytarılmasını tələb edirlər.
[embed]https://www.youtube.com/watch?v=OAlGLnT54xs[/embed]