Məişət zorakılığı Azərbaycanda ciddi problem olaraq qalmaqda davam edir. Bu barədə bazar ertəsi "Qadınlara və qızlara qarşı zorakılığa son verilsin" adlı 16 günlük kampaniyaya həsr edilmiş konfransda bildirilib.
Belə ki, Azərbaycan DİN-in nümayəndəsi Adıgözəl Adıgözəlov bildirib ki, cari ilin 9 ayı ərzində ölkədə 112 qadın intihar edib.
Onun sözlərinə görə, 135 intihar həddinə çatdırma hadisəsi qeydə alınıb. İntihar edənlərin 11-i yetkinlik yaşına çatmayanlardır. Məişət zorakılığı ilə bağlı cinayətlərin sayı 678 təşkil edib. Qadınlara qarşı cinayətlərə görə iki mindən insan məsuliyyətə cəlb edilib.
Eyni zamanda, o, intiharların sayının bu qədər çox olmasının səbəblərinin təhlilini və intiharların profilaktikası üzrə tədbirlər haqqında ideyaları açıqlamayıb.