Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.
Bu gün, noyabrın 15-də Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Bu sərəncamdan öncə yerli mediada Abel Məhərrəmov və onun Azərbaycanın İspaniyada səfi işləyən oğlu Anar Məhərrəmov haqqında bir sıra ittihamların yer aldığı materiallar dərc edilmişdi.
Abel Məhərrəmov 1999-cu ildən Bakı Dövlət Universitetinin rektoru idi.
O, 1991-ci ildən Bakı Dövlət Universitetinin professoru, 1993–1999-cu illərdə Kimya fakültəsinin dekanı olub.
Abel Məhərrəmov əvvəllər BDU-da baş elmi işçi, baş müəllim, dosent, tədris hissəsinin müdiri, dekan müavini vəzifələrində də çalışıb.
Abel Məhərrəmov Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür.