Azərbaycandan qovulan bloger Bakıya dəvət olunub və üzr istənilib

Azərbaycandan qovulan bloger Bakıya dəvət olunub və üzr istənilib
4 Noyabr 2018
Mətni dəyiş

Noyabrın 4-ü saat 1:30-da məşhur rusiyalı bloger və fotoqraf İlya Varlamov Bakı hava limanına gələrək dövlət sərhədini keçib və Azərbaycana daxil olub.

Abzas.net xəbər verir ki, bu barədə fotoqraf öz bloqunda yazıb. Bloger bir gün öncə Bakıya gələrkən “sizin Azərbaycana gəlişiniz arzuolunan deyil” deyilərək Bakı aeroportundan deportasiya olunub.

Bu gün isə Azərbaycan hökuməti İlya Varlamovu Bakıya dəvət edib, gül-çiçəklə qarşılayıb və ondan üzr istəyib.

Varlamov dünyanın 177 ölkəsinə səyahət edib. Onu Facebookda 247 min, Tweeterdə 272 min, VKontaktedə 190 min, Instagramda 207 min nəfər izləyir, YouTube kanalının 500 min, Telegram kanalının i isə 153 min abunəçisi var.

Noyabrın 3-də İlya Varlamov Bakı hava limanından Azərbaycan ərazisinə buraxılmayıb və ona bildirilib ki, ölkəyə daxil olması arzu olunan deyil.

Varlamov isə bloqundan yazıb ki, o, işğal altında olan Dağlıq Qarabağa səfər etməyib və bu vaxta qədər Bakıya səfərləri zamanı heç bir problemlə qarşılaşmayıb.

Fotoqrafın sözlərinə görə, ola bilər ki, onun Azərbaycana buraxılmamağı "Yaxşı Bakı, pis Bakı" reportajına görədir. Həmin reportajda Bakının kasıb əhalisinin və dəbdəbəli yerlərinin fotoları yer almışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun