D18 Hərəkatının İdarə Heyətinin üzvü Zaur Rövşənli noyabrın 7-də saxlanılıb. Noyabrın 8-də o, Nizami rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (Polisin qanunu əmrlərinə tabe olmamaq) günahlı bilinərək, 10 sutka inzibati həbsə məhkum edilib.
Bu barədə Turan-a D18 Hərəkatının rəhbəri Ruslan İzzətli bildirib.
"Zaur Rövşənli noyabrın 7-də Koroğlu metrosunun yaxınlığında saxlanılıb. Dövlət Yol Polisi bildirib ki, Z.Rövşənli onun tələbinə tabe olmayıb. Zaur isə deyir ki, polis onu təhqir edib. Məhkəməyə hal şahidləri də gətirdilər və 10 sutka həbs qərarı çıxarıldı", deyə İzzətli qeyd edib.
O, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.