Samir Əsədli: ''4 gün soyuq otaqda saxlanıldığından səhhətində ciddi problemlər yaranmışdı''
5,5 il azadlıqdan mərum olunan NİDA-çı Elgiz Qəhrəman 17 saylı Cəzaçəkmə Müəssisisinə köçürülüb.
Məlumatı NİDA-nin koordinatoru Samir Əsədli yayıb.
17 saylı Cəzaçəkmə Müəssisisini ciddi rejimli müəssisə adlandıran Samir Əsədli qeyd edib ki, Elgiz Qəhrəman 14 saylı CÇM-də "kars"a salınmış, 4 gün soyuq otaqda saxlanıldığından səhhətində ciddi problemlər yaranmışdı:
“Elgiz 10 günə yaxın idi ki, Penitensiar Xidmətin müalicə müəssisəsində idi, bu gün onu 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüblər”.
Elgiz Qəhrəman 2016-cı il avqustun 12-də saxlanılıb və həmin gün onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs qətimkan tədbiri seçilib.
O, 2017-ci ilin yanvarın 16-da 5,5 il müddətinə azadlıqdan məhrum edilib.