Keçmiş vergilər naziri Fazil Məmmədova məxsus olduğu iddia olunan obyektlərdə yoxlamalar aparılmağa başlayıb. Bu barədə modern.az saytı məlumat yayıb.
Məlumata görə, hazırda Türkiyədə müalicə alan sabiq nazirin Gəncədəki obyektlərində 4 gündür təftiş aparılır.
Xüsusilə F.Məmmədova məxsus Gəncə Beynəlxalq Xəstəxanasında aparılan yoxlamaların vergidən yayınma ilə bağlı olduğu bildirilir. Güman olunur ki, F.Məmmədov özü rəhbər vəzifədə olarkən, xəstəxanasının külli miqdarda vergidən yayınmasına yol verib.
Sayt xatırladır ki, F.Məmmədov Türkiyəyə aparılmamışdan əvvəl Gəncə Beynəlxalq Xəstəxanasında müalicə alıb. F.Məmmədov hazırda Türkiyədəki “American Hastanesi”ndə müalicə alır.