Vergilər Nazirliyinin irəli sürdüyü təkliflərə görə, gələn ildən aylıq gəliri 8000 manatadək olan fiziki şəxslərə gəlir vergisində 100 faiz, 8000 manatdan yüksək olanlar üçün isə 44 faiz güzəşt tətbiq ediləcək.
Bu o deməkdir ki, 8000 manatadək əmək haqqı alanlar, yəni işləyən vətəndaşların böyük əksəriyyəti gəlir vergisi ödəməyəcək.
Eyni zamanda, sosial ödənişin işçi ilə işəgötürən arasında bölüşdürülməsi təklif edilir. Bu o deməkdir ki, işçi gəlir vergisindən azad edilsə də, sosial vergi ödəyəcək.
İlkin məlumatlara görə, sosial ödəniş faizi hazırkı gəlir vergisi dərəcəsindən az proqnozlaşdırılsa da, ikirəqəmli olacağı gözlənilir.
Bəs sosial ödənişlər neçə faiz olacaq? Dəyişiklik əmək haqlarına necə təsir edəcək? Növbəti ildən ölkə üzrə tətbiqi nəzərdə tutulan icbari tibbi sığorta ödənişləri də sosial ödənişlərə daxildirmi?
İqtisadçı Vüqar Bayramov fins.az-a açıqlamasında bildirib ki, sosial ödənişlərin məbləğinin 10,5 faiz olacağı təxmin edilir:
[caption id="attachment_16492" align="aligncenter" width="960"] Vüqar Bayramov[/caption]“Hələlik dəyişikliklə bağlı təklif parlamentə təqdim edilməyib deyə, konkret rəqəm səsləndirmək çox çətindir. Amma bizdə olan məlumata görə, sosial ödənişlər 10,5 faiz olacaq. Vətəndaş gəlir vergisi üçün 14 faiz, həmçinin sosial ödənişlər üçün 3 faiz ödəniş edirdi. Nəticədə rəqəm daha yüksək olurdu".
Pensiyaya xeyri olacaq?
İqtisadçının sözlərinə görə, nəzərdə tutulan dəyişikliklər təsdiqlənərsə, vətəndaşın sosial kartına daha çox vəsaitin toplanmasına, gələcəkdə pensiya yaşına və yüksək pensiya almasına səbəb olacaq. Çünki nə qədər çox sosial ödəniş olarsa, o qədər çox pensiya hesablanacaq.
V.Bayramov tətbiqi 2019-cu ildən nəzərdə tutulan icbari tibbi sığorta ilə bağlı ödənişlərin sosial vergiyə daxil edilməsinə də aydınlıq gətirib:
“Hələlik layihə parlamentə daxil olmayıb. Ümumilikdə icbari tibbi sığortanın tətbiqinin reallaşıb-reallaşmayacağı da başqa bir müzakirə mövzusudur. Ona görə güman edirəm ki, reallaşacağı təqdirdə, 10 faiz+8 manat (rəqəm dəyişə bilər) olacaq".
Ekspertin fikrincə, gözlənilir ki, ikinci hissədəki rəqəm icbari tibbi sığorta ödənişi, 10,5 faiz isə sosial vergi olacaq.
"Vətəndaş üstünlük əldə edəcək"
V.Bayramov bildirib ki, əmək haqqı 8000 manatadək olanların gəlir vergisindən 100 faiz azad edilməsi, qismən də olsa, maaş artımına səbəb olacaq:
“Amma burada əsas məqsəd sahibkarların əmək müqaviləsi bağlamasına marağın artırılmasıdır. Çünki 22 faiz+3 faiz+14 faizlik vergi 39 faiz ödəniş deməkdir. Yəni sahibkar əmək haqqı fonduna 39 faiz ödəniş edirdi. Bütün hallarda sosial ödənişlər gəlir vergisindən azdır və vətəndaş üstünlük əldə edəcək".
İqtisadçının sözlərinə görə, əsas məqsəd sahibkaları əmək müqaviləsi bağlanmasında maraqlı etməkdir.
Onun sözlərinə görə, indiki halda xüsusilə qara mühasibatlıq çoxdur, yəni işçinin maaşı rəsmi olaraq az göstərilir. Dəyişikliklər isə əmək münasibətlərinin leqallaşdırılmasına imkan verəcək və “qara mühasibatlıq”ı xeyli dərəcədə azaldacaq.
"Vergi" ləğv olunur, əvəzində sosial ödənişlər artırReAL partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli hesab edir ki, bu təklif həyata keçərsə, faktiki olaraq indiki 14 faiz gəlir vergisinin ləğvi demək olacaq. Beləliklə aşağı hədd 8000 manata qaldırılır, ölkədə isə bundan yuxarı maaş çox azdır deyə, ekspert təklifi faktiki olaraq gəlir vergisinin ləğvi sayır:
[caption id="attachment_5200" align="aligncenter" width="987"] Natiq Cəfərli[/caption]“Əvvəllər 176 manatdan yuxarı olan maaşlardan gəlir vergisi tutulurdu, indi o gəlir vergisi ləğv olunur Bu, özəl sektora aiddir, amma siz özəl sektora aid olub neft sektorusunuzsa, bu, sizə aid olmayacaq”.
Natiq Cəfərli deyir ki, gəlir vergisi ləğv olunsa da, Vergilər Nazirliyi sosial müdafiə fonduna ödəmələri artırmağı təklif edir.
Belə ki, təklifə görə, indiyə qədər işçi əmək haqqının üç faizini bu fonda ödəyirdisə, indi maaşın 200 manatdan yuxarı olan hissəsinin 10 faizini, üstəgəl əlavə də altı manat ödəyəcək.
Onun sözlərinə görə, bu dəyişiklik 400 manatdan yuxarı maaşı alanlara sərf edir, yerdə qalanların yekunda ödənişi artacaq.
Bu dəyişiklik təklifi maaşı 8 min manata qədər olanlara aiddir. 8 min manatdan yuxarı maaş alanlardan bu məbləğin 14 faizi gəlir vergisi kimi tutula bilər. Hazırda bu məbləğ 25 faizdir.
Amma bunlar hələlik Vergilər Nazirliyinin təklifləridir, onun tətbiqi barədə konkret qərar verilməyib.
680 min nəfərə aid olacaq
Keçmiş deputat Nazim Bəydəmirli Azadlıq Radiosuna deyib ki, gəlir vergisinin azaldılması baş tutsa, ikili mühasibatlıq, kölgə iqtisadiyyatının azalacağını gözləmək olar:
[caption id="attachment_70091" align="aligncenter" width="1280"] Nazim Bəydəmirli[/caption]“Artıq onun vergidən yayınmağa ehtiyacı qalmır. İndiyə qədər maaşları az yazaraq, dövriyyəni azaldırdılar ki, sadələşdirilmiş vergiyə düşsünlər. Beləliklə də, dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisindən qaçırdılar. İndi isə kiçik və orta sahibkarın öz maaş fondunu gizlətməsinə ehtiyac qalmır”.
Amma müxalifətdəki ReAl partiyasının icra katibi Natiq Cəfərli deyir ki, bu güzəşt yalnız özəl sektora aid olduğu üçün cəmi 680 min nəfərə şamil olunacaq.
Natiq Cəfərli bildirir ki, güzəşt, təşviq o zaman xeyirli olur ki, düşünülmüş şəkildə icra olunur, məsələnin təbliğat tərəfi yox, praktik tərəfi önə çıxır.
Əvvəllər yalnız regionlarda çalışan sahibkarlar sadələşdirilmiş vergini 2 faiz, Bakıda isə 4 faiz ödəyirdilərsə, indi bütün ölkə boyunca sadələşdirilmiş vergi iki faiz ola bilər.
Bundan başqa nəqdsiz ödəmələr aparan həm fiziki, həm də hüquqi şəxslərə vergi güzəştləri gözlənilir.
Müəyyən risklər var
Hesablama Palatası isə bu yeniliklərlə bağlı Vergilər Nazirliyinə xəbərdarlıq edib:
“Bu dəyişikliklər vergi sistemi üçün müəyyən risklərin artmasına səbəb ola bilər. Bununla əlaqədar biz nəzərdə tutulan yeniliklərin mərhələli şəkildə tətbiq edilməsi məqsədə uyğun olardı”.
İqtisadçı Nazim Bəydəmirli deyir ki, söhbət o riskdən gedə bilər ki, yaxın gələcəkdə vergi yığımları azala bilər, amma uzun müddətdə bu, iqtisadiyyatın güclənməsinə xidmət edə bilər.
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyir ki, son bir neçə ilə qədər Vergilər Nazirliyi sahibkarlığın inkişafına mane olurdu, son illər isə yumşalma hiss olunur. Onun sözlərinə görə, nazirlik gərək sahibkarla əməkdaşlıq etsin:
[caption id="attachment_70092" align="aligncenter" width="1500"] Şahbaz Xuduoğlu[/caption]“Biz istəyirik ki, vergi o həddə olsun ki, biz onu ürəkdən vermək istəyək. İkincisi isə vergi asan çatımlı olmalıdır. Beş vergi müfəttişinin birdən gəlib vergi yığmasına ehtiyac yoxdur, bizə formanı təqdim etsinlər, ödəyək. Vergilər Nazirliyi müşavirələr keçirməlidir, treninqlər aparmalıdır, verginin mahiyyəti sahibkarlara izah olunmalıdır”.