Rəsmi mətbuat, televiziya kanalları isə talan edilən milyardları boş verib, pambıqçıların qəpiklərini saymaqla məşğuldur.
Bu sözləri Müsavat başqanı Arif Hacılı İlham Əliyevin pambıqçılarla görüşündə dialoquna münasibət bildirirərkən deyib.
Arif Hacılı özünün “facebook” səhifəsində yazıb ki, “Şəhid ailələrinin 11 min manat sığorta haqqını ödəməyən hakimiyyətin yalnız bir məmurunun ailə üzvü Londonda 15 milyon funt (dollardan və avrodan daha dəyərli puldur) dəyərində olan evdə yaşayırmış. İqtisadçı millət vəkili yalnız gömrükdə 27 milyardın oğurlandığını iddia etdiyi məqamda İlham Əliyev pambıqçıların çox pul qazanmasına təəccüblənir.”
“Gündə 120 kq pambıq toplamaq, hətta mümkün olsa da bunun üçün nə qədər zəhmət çəkildiyini, bəlkə də 10-12 saat durmadan işləmək lazım olduğunu bilirsinizmi? Belə zəhmətin əvəzində gündə 24 manat əmək haqqı nədir ki? Saatda təqribən 1 dollar!”, -Arif Hacılı bildirib.
“Rəsmi mətbuat, televiziya kanalları isə talan edilən milyardları boş verib, pambıqçıların qəpiklərini saymaqla məşğuldur.”, -Arif Hacılı əlavə edib.