"İndiyədək Azərbaycanda demək olar ki, gəlirlərindən vergi ödəməyən müəyyən qrup fəaliyyətlə məşğul olanlar var ki, Vergi Məcəlləsinə yeni təklif olunan 101.6-cı maddəyə görə 2019-cu ildən həmin şəxslərin ümumi gəlirərindən də vergi alınacaq".
Bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib. Onun sözlərinə görə, belələri dövriyyələrindən 2% vergi ödəyəcəklər.
İqtisadçının açıqlamasına görə, həmin kateqroyaya vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslər daxildir.
R.Ağayev deyir ki, "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsi ilə məşğul olan aşağıdakı şəxslər:
[caption id="attachment_16329" align="aligncenter" width="1132"] Rövşən Ağayev[/caption]1) kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;
2) əlvan və qara metal qırıntılarının qəbulu;
3) utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;
4) utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu.
İqtisadçı bu qrupun vergiyə cəlb edilməsinin çətin proses olacağını bildirib. Onun sözlərinə görə, vergi ödəyici olmayan şəxslər, ələxüsus Vergi Məcəlləsinin 16-cı maddəsi bu şəxslərə nağd pul hesablaşmaları aparmaq hüququ verib. Belə şəraitdə onlarınn gəlrləri necə müəyyən ediləcək?.
Digər tərəfdən, onlar xərcləri nəzərə alınmadan gəlirlərindən vergi tutulması nəzərdə tutulur:
"Halbuki bu fəaliyyətlərin hamısının xərci var. Xüsusilə də fermerlərdən məhsul alaraq bazarlarda satan xırda ticarətçilər şəxsi avtomobilllərinin yanacağı və təmiri üçün xeyli vəsait xərcləyirlər. Eyni vəziyyəti küçə-küçə dolaşaraq metal qırıntılar toplayanlara da aid etmək mümkündür".
R.Ağayev bildirib ki, hamılıqla vergiyə cəlb olunmaq mərhələsi çatıb, postneft dövrünün ayaq səsləri çox cingiltili gəlir.