İlkin Məmmədli sərbəst buraxılıb. Bu barədə hüquqşünas Samira Ağayevə məlumat yayıb.
Amma S.Ağayevə jurnalistin hansı səbəbdən saxlandığını bilmir: "Hələ özü ilə görüşüb əhatəli məlumat ala bilməmişik".
Jurnalist İlkin Məmmədli noyabrın 8-də pasport almağa gedərkən Asan Xidmətdə saxlanılıb. saxlanılıb. Məlumatı hüquqşünas Samirə Ağayeva yayıb.
Samira Ağayeva bildirib ki, noyabrın 8-də saat 17.00-da müstəqil jurnalist İlkin Məmmədli pasport almaq üçün Bakıxanov qəsəbəsindəki Asan Xidmətə gedib:
“Xidmətdə onu bir qədər gözlədəndən sonra deyiblər ki, pasport verilməyəcək, çünki ölkədən çıxışına qadağa qoyulub. Onu mühafizə otağına apararaq, orada Sabunçu rayonunun 13-cu polis bölməsinin əməkdaşlarını gözləməsi xahiş olunub. Təxminən 15 dəqiqədən sonra, o, polis bölməsinə aparılıb, bir saatdan sonra DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilib”.
Hüquqşünasın sözlərinə görə, axşam saat 19 radələrində atası və vəkili Şəhla Hümbətova idarənin qarşısına gəldilər. Sonda, o, növbətçi hissəyə təhvil verilib və oradan bildiriblər ki, gecə orada qalacaq.
S.Ağayeva deyib ki, noyabrın 9-da saat 11.00-də vəkili və atası yenə idarədən xəbər almağa çalışıblar. Lakin nə vəkil idarəyə buraxılıb, nə də hansısa məlumat verilib.
“İndiyə qədər İlkinin hansı vəziyyətdə və dəqiq nəyə görə saxlanması, heç bir məlumatın verilməməsi ailə üzvlərinin ciddi narahatlığına səbəb olur”, - hüquqşünas deyib.
Məlumat Ombudsman Aparatına, 102 xidmətinə çatdırılıb.
İlkin Məmmədli Nardaran hadisələri zamanı 22 sutka saxlanılıb, bütün məhkəmələrə şahid qismində dəvət edilib, amma haqqında cinayət işi yoxdur.