Tanınmış rusiyalı bloger İlya Varlamov Azərbaycana səfər edib, amma Bakı Beynəlxalq Aeroportunda onu ölkəyə buraxmayıblar. Bu barədə bloger özü məlumat yayıb.
Bloger sosial şəbəkədə yazıb ki, bu gün səhərdən təsəvvüründə gözəl Bakı restoranının birində necə kabab yeyəcəyini, dəniz sahilində gəzəcəyini, qədim şəhərin mağazalarında olacağını və öz dostlarını görəcəyini canlandırıb.
Amma İ.Varlamov Bakı aeroportunda başqa münasibətlə üzlədiyini deyir. Bakıya Moskvadan gəldiyini deyən bloger bildirir ki, pasport nəzarəti bölməsində olan xanım onun sənədini bir kənara qoyaraq, kimlərəsə zəng edib və gələnlər onu gözləmə guşəsinə göndərdilər.
Blogerin sözlərinə görə, iki saatdan sonra sərhədçilərin rəisi gələrək deyib ki, suallar yaranıb, gözləmək lazımdır:
[caption id="attachment_70043" align="aligncenter" width="900"] Varlamovun paylaşdığı fotolardan biri[/caption]"Sərhəd xidməti bununla bağlı heç nə bilmir. Deyirlər ki, mənim barəmdə rəhbərliyə məruzə edilib və cavab gözləyirlər. Cavab nə zaman olacaq bu məlum deiyl. "Bəs məsələ nədir?” sualına isə "Siz daha yaxşı bilərsiniz ki, hansı problemləriniz var” cavabı verirlər”, - İ. Varlamov bildirir.
Blogerin qeyd etməsinə görə, bir qədər də keçəndən sonra ona səbəbini iazh etmədən bildiriblər ki, "Azərbaycanda olması arzuedilən deyil”.
İ.Varlamovun yazıb ki, rəhbərlik onun Azərbaycana buraxlmaması göstərişini verib.
"Heç zaman Dağlıq Qarabağda səfərdə olmamışam, Azərbaycan qanunvericiliyin pozmamışam. Ola bilər ki, səbəb mənim Bakı barədəki keçmiş yazılarımla bağlıdır. Burada isə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bilir ki, nədən inciyib”, deyə İ.Varlamov qeyd edib.
Varlamov Bakı aeroprotundan getməmişdən öz hesabına bilet almağa razı olduğunu bildirib və aeroportda deportasiya olunan insanların olduğu zala göndərilib. Bloger orda vəziyyətin ağır, ətrafın butulkalarla, çirkli vəziyyətdə olduğunu və Şri-Lankadan olan bir səhayətçinin 6 gündür aeroportda gecələdiyini iddia edib.
Daha sonra bloqqer "İstanbula uçdum” sözlərini yazıb.
Hələlik, İlya Varlamovun yazdıqlarına Azərbaycan rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.
Azərbaycan Xarici İşlər Nazirliyi onunla razılaşmadan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfərlər edən bir sıra şəxslərin, o cümlədən bloqqerlərin adlarını " arzu edilməz şəxsləri”in siyahsına salıb. Ancaq İ. Varlamov heç zaman Dağlıq Qarabağa səfər etmədiyini bildirir.
İ.Varlamovun müxtəlif vaxtlarda Bakı ilə bağlı düşüncələri var.
Onun 2016-cı ilin avqustuna təsadüf edən düşüncələri "Pis Bakı” adlanır. Bloqqer həmin vaxt yazı və fotolarında Bakıda modern binalarla yanaşı, köhnə tikililərdən, inkişafdan qalmış məkanlardan da bəhs edir. Orada vurğulanır ki, köhnə binalara kosmetik dəyişikliklərlə müasir görüntü verilib...