Norveçli Maqnus Karlsen dünyanın ən yaxşı şahmat oyunçusu titulunu qoruyub saxlaya bildi.
Karlsen Londonda keçirilən dünya çempionatında ardıcıl heç-heçə nəticələnən oyunlardan sonra qalibi müəyyən etmək üçün keçirilən sürətli şahmat oyununda ABŞ təmsilçisi Fabiano Karuanaya 3-0 hesabı ilə qalib gəlib.
Final oyunundan öncə bərabərliklə bitən 12 oyunun hər biri 7 saat davam etmişdi.
"Bu mənim üçün xüsusi qələbədir. Mənə elə gəlir ki, Fabiano bu günə qədər qarşılaşdığım ən güclü rəqibdir. Mən bu yarışın belə nəticələnməsinə görə çox sevinirəm və növbəti iki ildə daha yaxşı olmaq üçün öz üzərimdə işləməyə davam edəcəm" - deyə, Maqnus Karslen bildirib.
"Mən çox təəssüflənirəm. Oyun yenicə bitib, amma mən ümid edirəm ki, mən geri oyunu yenidən nəzərdən keçirəndə çox şey öyrənəcəm. Həmçinin, Maqnusla oynamağın özü böyük bir imtiyazdır" - deyə, Fabiano Karuana qeyd edib.
Oyunun nəticəsinə görə, Karlsen 621000 dollar, Karuana isə 508000 dollar məbləğində mükafata sahib olub.
Karuana ümid edirdi ki, o, 1972-ci ildə Bobbi Fişer Sovet İttifaqı şahmatçısı Baris Spaskiyə qalib gəldikdən sonra Dünya Çempionu titulunu qazanan ilk amerikalı şahmatçı olacaq.