Dağlıq Qarabağda səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan və güc qurumlarının rəhbərləri Qarabağın hərbi və siyasi rəhbərliyilə təhlükəsizlik məsələsilə bağlı müşavirə keçirib.
Ermənistan KİV-in məlumatına görə, erməni ordusunun döyüş hazırlığının artırılması, Ermənistanla Qarabağ arasında hərbi əməkdaşlıq, sərhəddə vəziyyət, Ermənistan və Qarabağın daxili və xarici siyasətlə bağlı əməkdaşlığı məsələləri müzakirə olunub.
Müşavirədə Ermənistan Təhlükəsizlik Şurasının katibi, müdafiə nazirı, XİN rəhbəri, Milli Təhlükəsizlik Xidmətinin direktoru, SQ Baş Qərargah rəisi, Qarabağda yerləşən hissələrin komandirləri iştirak ediblər.