Norveç hökuməti Azərbaycandakı səfirliyinin bağlanması haqqında qərar qəbul edib. Bu barədə Norveç XİN məlumat yayıb.
Norveç XİN başçısı Eriksen Soreydenin açıqlamasına görə, iki ölkə arasında münasibətlər Norveçin Türkiyədəki səfirliyi vasitəsilə həyata keçiriləcək. Bakıda baş konsulluq fəaliyyət göstərəcək.
Bununla belə, Oslo Gürcüstanda səfirlik açılması barədə qərar qəbul edib. Bu qərarı şərh edən Soreyde bildirib ki, "Gürcüstan Cənubi Qafqazda Norveçin əsas tərəfdaşıdır".
Bu zaman o qeyd edib ki, Gürcüstanda həyata keçirilən islahatlar onu "Avropa qurumları və Avroatlantik qurumlarla yaxınlaşdırıb". Onun fikrincə, Gürcüstanda səfirliyin mövcudluğu hökumətin "bütün regionda hadisələrin inkişafını daha yaxşı müşahidə etməsinə" imkan verəcək.