Norveçin Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata görə, 2019-cu ildə Norveçin Bakıdakı səfirliyi bağlanacaq.
Eyni vaxtda isə səfirliyin Gürcüstanın paytaxtı Tbilisidə açılacağı planlaşdırılır.
"Gürcüstan Avrasiya regionunda prioritet tərəfdaş ölkələrdən biridir. Uzun illərdir Avropa və Avro-Atlantik əməkdaşlıq strukturlarına yaxınlaşdıran islahatların gedişatını izləyir", - deyə nazir açıqlamasında qeyd edib.
Bəs Norveçin Bakıdakı səfirliyini bağlamasının səbəbləri nədir?
Bu qərarla Norveç Azərbaycana hansı mesajı ötürür?
Məsələnin iqtisadi və siyasi tərəfləri ilə bağlı Toplumtv ictimaiyyət nümayəndələrinin mövqeyini öyrənib.
"Bu qərarla Norveç bir daha göstərdi ki, bu ölkə demokratiyaya sadiqdir"
İqtisadçı Qubad İbadoğlu açıqlamasında deyib ki, Norveç səfirliyi Azərbaycanla Norveç əlaqələrinin inkişafında əhəmiyyətli rolu olan səfirlik olub:
[caption id="attachment_39913" align="aligncenter" width="1280"] Qubad İbadoğlu[/caption]"Azərbaycanda həm Vətəndaş Cəmiyyətinə dəstək, həm də bütövlükdə azad medianın müdafiəsi istiqamətində kifayət qədər işlər görürdü. Bu səfirliyin Azərbaycanda bağlanması və fəaliyyətini Gürcüstanda davam etdirməsi məsələsi regionda Gürcüstanın önə çıxan mövqeyi ilə bağlıdır. Bu qərar bir daha sübut etdi ki, təkcə iqtisadi maraqlar deyil, həm də siyasi maraqlar da əsas rolu oynayıb. Demokratik dəyərlər prinsipiki var bu da Azərbaycanda yox, Gürcüstanda daha çox qorunur. Norveç səfirliyi də öz növbəsində daha səmərəli və məhsuldar iş qurmaq üçün Gürcüstanın paytaxtını seçib. Hesab edirəm ki, bu qərar Azərbaycandakı mövcud rejimin apardığı repressiya siyasətinə bir cavabdır. Hansı ki bu cavab həm də bir etirazdır".
İqtisadçı düşünür ki, yeni qərar uzun müddətli gözləntinin nəticəsində verilən bir qərar olub:
"Norveç uzun müddətdir ki, Azərbaycanda hazırki vəziyyətin dəyişəcəyini gözləyib. Azərbaycan hakimiyyətinin Vətəndaş Cəmiyyəti ilə, mətbuatla iş birliyinin yaradılması üçün mühitin formalaşdıracağını gözləyib.
Təəssüf ki, 2014-cü ildən etibarən bu istiqamətdə vəziyyət daha pisləşmişdir. Baxmayaraq ki, Norveçin Azərbaycandakı iqtisadi maraqları Gürcüstanla müqayisədə üstündür. Norveçin neft şirkəti uzun müddətdir ki, Azərbaycanda neft və qaz sektorunda istismara, eyni zamanda nəql sahəsinə cəlb olunub. Bu baxımdan, həmçinin Norveçin bir çox şirkətləri də Azərbaycanda fəaliyyət göstərir.
Daha iri sərmayə qoyan dövlətlərin siyahısında Norveçin də adına rast gəlmək olar. Ancaq bu qərarla Norveç bir daha göstərdi ki, ölkə demokratiyaya sadiqdir. Hansı ki Norveç səfirliyi ölkədəki açıq cəmiyyətin formalaşmasında daha yaxından iştirak etmək istəyirlər. Azərbaycanda isə bu mühit formalaşdığına görə, Norveç səfirliyi öz fəaliyyət və məkanını Bakıdan Tbilisiyə dəyişməyi planlaşdırır".
Ekspert düşünür ki, Azərbaycanda Norveç səfirliyinə münasibət Norveçin keçmiş səfiri Steinar Gildən sonra həmişə ögey olub.
Onun sözlərinə görə, Norveç səfirliyi həmişə söz azadlığının, müstəqil Vətəndaş Cəmiyyətinin tərəfdaşı kimi çıxış edib:
"Görünür ki, bu statusda fəaliyyət göstərmək Azərbaycanda xarici səfirliklər üçün elə də asan deyil".
Siyasətçi Azər Qasımlı bildirib ki, bölgədə heç bir geopolitik maraqları olmayan bir ölkə Azərbaycan kimi korrupsioner ölkədə çalışmaq istəmir.
[caption id="attachment_22118" align="aligncenter" width="1082"] Azər Qasımlı[/caption]Siyasətçi deyir ki, Norveç üçün Azərbaycan rejimi ilə əlaqədə olmaq, sadəcə, təhlükəli və diskomfortludur.
"Norveç səfirləri ən çətin dövrlərdə də ardıcıl prinsipial mövqeləri ilə seçiliblər"
Siyasi şərhçi Şahin Rzayev isə bildirib ki, əvvəllər də Norveçin Gürcüstanda səfirliyi olmadığına görə, Bakıdakı səfir Gürcüstanda da səfir vəzifəsini icra edirdi. Onun sözlərinə görə, bu qərar sırf praqmatik bir addımdır:
"Bakıda səfirliyin olması vacib idi. Çünki Norveçin "Statoyl" neft şirkəti "Əsrin Müqaviləsi"ni imzalayan iri şirkətlərdən biri idi. Lakin iqtisadi səbəblərdən norveçlilər Azərbaycan layihələrindəki paylarını azaltdılar. Məsələn, "Statoyl" "Şahdəniz" qaz yatağındakı payını bir neçə il əvvəl Malayziyanın "Petronas" şirkətinə satdı.
[caption id="attachment_70453" align="aligncenter" width="703"] Şahin Rzayev[/caption]Siyasi fəaliyyət də zəiflədi. 2014-cü ildə QHT-lərimizin fəaliyyətini əngəlləyən düzəlişlərdən sonra Norveç səfirliyi ənənəvi qrant proqramlarını davam etdirə bilmirdi. Odur ki, görünür, Azərbaycanda səfirlik saxlamaq daha sərf eləmədi. Məncə, Azərbaycanda insan haqlarının vəziyyəti burada həlledici amil deyil.Əksinə, Norveç səfirləri ən çətin dövrlərdə də ardıcıl prinsipial mövqeləri ilə seçiliblər".
Norveçin Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata görə, 2019-cu ildə Norveçin Bakıdakı səfirliyi bağlanacaq.
Eyni vaxtda isə səfirliyin Gürcüstanın paytaxtı Tbilisidə açılacağı planlaşdırılır.
"Gürcüstan Avrasiya regionunda prioritet tərəfdaş ölkələrdən biridir. Uzun illərdir Avropa və Avro-Atlantik əməkdaşlıq strukturlarına yaxınlaşdıran islahatların gedişatını izləyir", - deyə nazir açıqlamasında qeyd edib.