"Xəzər Dəniz Gəmiçiliyi"nin sabiq sədr müavini Mübariz Mədətov vəfat edib. dəyişib.
Məlumata görə, hadisə bu gün baş verib. Keçmiş müavinin nədən vəfat etdiyi hələ açıqlanmayıb.
"Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov 2014-cü ilin martında iki nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib. Qəzada ölənlər xalq artisti, tarzən Ağasəlim Abdullayevin xanımı və nəvəsi olub.
Ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası verilib. Ancaq, cəzasını 3 ilini çəkdikdən sonra azadlığa buraxılıb.
Sözügedən hadisədən iki gün sonra Mübariz Mədətov vəzifəsindən kənarlaşdırılmışdı.