“Gallup İnternational Association” ictimai rəy təşkilatının Ermənistan nümayəndəliyi seçki sorğusu aparıb.
Məlumata görə, noyabrın 17-dən 21-dək bütün ölkə üzrə keçirilmiş sorğuya 1111 nəfər qatılıb.
Respondentlərin 68,3%-i dekabrın 9-na təyin olunmuş növbədənkənar parlament seçkisində “Mənim addımım” blokuna səs verəcəyini bildirib. Bu blokun namizədlərinin siyahısında baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyan birincidir.
Sorğuya qatılanların 6,7%-i Çiçəklənən Ermənistan Partiyasına dəstək ifadə edib.
Sabiq prezident Serj Sərkisyanın liderlik etdiyi Ermənistan Respublika Partiyası sorğuda 1,5% nəticə göstərib.
Qalan seçki iştirakçılarının göstəriciləri belədir:
İşıqlı Ermənistan Partiyası – 1,2%
Daşnaksütun Partiyası – 1%
Sasun Dəliləri Partiyası – 0,9%
“Bizlər” bloku – 0,3%
Xristian Demokrat Dirçəlişi Partiyası – 0,3%
Vətəndaş Qərarı Sosial Demokrat Partiyası – 0,2%
Qanunçuluq Ölkəsi Partiyası – 0,1%
Milli Tərəqqi Partiyası – 0%.
Proporsional üsulla seçilən parlamentə keçid həddi partiyalar üçün 5 faiz, bloklar üçün 7 faizdir.