Gürcüstanda keçirilən prezident seçkilərində Salome Zurabişvili qalib gəlib. Səslər 100% hesablandıqdan sonra ölkənin Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələr bunu göstərir.
S.Zurabişvili 1,1 mln. səs alıb (59,52%), onun rəqibi Qriqol Vaşadze 780,6 min səs (40,48%) toplayıb.
S.Zurabişvili formal olaraq seçkilərə müstəqil namizəd kimi qatılıb, ancaq hakim Gürcü Arzusu Partiyası onu dəstəkləyib.
Q.Vaşadze Vahid Milli Hərəkat Partiyasından namizədliyini irəli sürmüşdü.
Noyabr 28-də prezident seçkilərinin ikinci turu keçirilib. Bir ay öncə birinci turda namizədlərin heç biri 50%-dən çox səs yığa bilməmişdi.
Fransa vətəndaşı Salome Zurabişvili Mixail Saakaşvili hökumətində Gürcüstan XİN rəhbəri olub. Sonradan onun komandasını tərk edib.