Norveçin Azərbaycanda keçmiş səfiri Steynar Gil Oslonun Bakıdakı səfirliyi bağlamaq və onu Tbilisiyə köçürmək qərarına münasibət bildirib.
Turan Agentliyinin bu məsələ ilə bağlı sorğusuna o, bildirib ki, Norveç XİN-in bəyanatında suala cavaba verilib.
"Gürcüstan 2012-ci ildə Osloda səfirlik açıb. Bizim Gürcüstanda işləməyimiz həmişə daha asan olub, çünki bu ölkə fəal şəkildə islahatlar aparır və bizim dəyərlərimizi bölüşür, Azərbaycanda bugünki rejim haqqında isə bunu demək olmaz".
Norveç XİN-in Azərbaycan səfirliyini bağlamaq qərarı rəsmi Bakının kəskin tənqidinə səbəb olub. Bakı nümayəndələri bu qərarın təəssüf hissi doğurmadığını bildiriblər.
Daha sonra qeyd edilib ki, Norveç səfirliyi və onun keçmiş səfiri daxili işlərə qarışmaqla məşğul olurdu və guya Steynar Gili ölkədən göndərməyi planlaşdırırdılar, amma o, özü gedib.
Steynar Gil 13 il əvvəl Bakıda səfir vəzifəsində işləyib. Azərbaycanda vətəndaş cəmiyyəti, mətbuatla ən çox maraqlanan xarici diplomatlardan biri olub.