Avropa İttifaqı ölkələrində isə mətbuat azadlığı sahəsində ən pis vəziyyət Bolqarıstandadır
Suriyada hərbi münaqişələr nəticəsində 689 KİV nümayəndəsi ölüb.
Məlumatı “
Report” Suriya İnsan Hüquqları Təşkilatının hesabatına əsasən yayıb.
Bildirilir ki, Bəşər Əsəd rejimi və tərəfdarları 543 jurnalisti, o cümlədən 5 xarici KİV nümayəndəsini öldürüb. Rusiya Hərbi-Kosmik Qüvvələrinin bombardmanları nəticəsində 19 jurnalist ölüb. ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın aviazərbələri nəticəsində isə 1 jurnalist həyatını itirib.
Terrorçu PKK/YPG-PYD qruplaşmasının silahlıları Suriyada 4 jurnalisti, İŞİD üçü xarici olmaqla 64, silahlı müxaifət 25, “Həyat təhrir əş-Şam” 5 KİV nümayəndəsini öldürüb. Suriyadakı silahlı münaqişə nəticəsində 28 jurnalisti öldürən qruplaşma məlum deyil.
Hesabata görə, Suriyada müharibə başlayandan 18-i xarici ölkə vətəndaşı olmaqla 418 jurnalist tutulub. Bəşar Əsəd rejimi 346 KİV nümayəndəsini, o cümlədən 4 əcnəbini həbs edib. Terrorçu YPG/PYD qruplaşması 7, İŞİD 8-i əcnəbi olmaqla 48, silahlı müxalifət 5-i xarici ölkə vətəndaşı olmaqla 14, “Həyat Təhrir əş-Şam” biri xarici olmaqla 3 jurnalisti tutub.
Suriyada 2011-ci ilin martında dinc etiraz aksiyası iştirakçılarına Bəşşar Əsədin hərbçilərinin atəş açması ilə silahlı münaqişə başlayıb.
BMT-nin məlumatına görə, münaqişə nəticəsində 400 min nəfərdən çox insan ölüb, 10 milyondan çox insan öz evini tərk
edib, 4,8 milyon suriyalı xarici ölkə ərazisinə sığınıb.
Beynəlxalq hesabatlara görə 1992-ci ildən bu yana1324 jurnalist qətlə yetirilib.
Ümumiyyətlə, son dövrlər də jurnalistlərin ölümü və həbsi yenidən dünya mətbuatının gündəmindədir. Hətta
Avropa İttifaqı ölkələri arasında da bu fakt qeydə alınıb. Ən pis halın Bolqarıstanda yaşandığı qeyd olunur.
2018-ci ildə vəziyyət daha da kəskinləşib — Sərhədsiz Reportyorlar Birliyinin mətbuat azadlığı reytinqində ölkə Boliviya və Mərkəzi Afrika Respublikası arasında 111-ci yerə enib. Ukrayna bu siyahıda 101-ci yer tutur.
Bolqarıstan AB üzvü olsa da, bütün Balkan ölkələri (bəziləri hələ Avropa Birliyinə üzv olmaq üçün namizəddir) arasında jurnalistlərlə bağlı ən mürəkkəb vəziyyət buradadır. Avropa Jurnalistlər Birliyinin Bolqarıstan ofisinin məlumatına əsasən, ölkədə yerli mətbuat tez-tez yerli siyasətçilər və iş adamları tərəfindən təzyiqlərə məruz qalır və onlardan təhdidlər alır, bu da öz növbəsində avtosenzuraya gətirib çıxarır.
Azərbaycanda da vəziyyət ürəkaçan deyil. Sərhədsiz Reportyorların builki hesabatına görə, Azərbaycan Mətbuat Azadlığı İndeksinə görə siyahıda geriləyib.
Azərbaycan
Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 163-cü yerdədir.
İndiyədək Azərbaycanda qətlə yetirilən 5 jurnalistin qatılı tapılmayıb (Çingiz Mustafayev, Adil Bünyatov, Elmar Hüseynov, Novruzəli Məmmədov və Rafiq Tağı).