Rusiyanın “Kommersant” qəzeti Moskvanın Bakıya raket kompleksləri verməkdən imtina etdiyini yazır.
Hərbçilərin fikrincə, “Bal” sahil raket kompleksi Xəzər dənizindəki Rusiya gəmilərinə təhlükə törədə bilər. Digər tərəfdən, qəzetin yazmasına görə, Rusiya bu komplekslərin Dağlıq Qarabağ münaqişəsində istifadə olunmasını istəmir.
“Mövqeyimizi eşitdilər”
“Kommersant” məsələdən agah mənbələrə istinadla yazıb ki, Rusiya “Bal-E” sahil raket kompleksini Azərbaycan hərbçilərinə verməkdən imtina edib.
Bu kompleks ərazi sularına, bazalarına, sahil infrastrukturuna, dəniz kommunikasiyalarına nəzarət üçün hazırlanıb. Kompleksə özüyeriyən komanda-idarəetmə və rabitə məntəqələri, gəmi əleyhinə raketlərlə birlikdə özüyeriyən buraxılış qurğuları, nəqliyyat-yükləmə maşınları daxildir. Kompleks 120 km məsafədə hədəfi vura bilər.
Qəzetin yazmasına görə, əvvəlcə tərəflər komplekslərin kiçik partiyasının və bir partiya 3M24 raketlərinin çatdırılması barədə kontraktı paraflayıblar. Amma sənəd imzalanmayıb. Rusiya tərəfinin hesablamasına görə, bu raketlərin hətta ixrac modifikasiyası belə Rusiya ərazi sularındakı gəmilərə potensial təhlükə törədə bilər.
“Bu arqumenti mübahisələndirməyin xeyri yox idi, ona görə də paraflanmış sənəd ortadan qaldırıldı, mövqeyimizi eşitdilər”, – hərbi mənbələrdən biri deyib.
Rusiya Müdafiə Nazirliyindən məsələni dərhal şərh etməyiblər. Hərbi-texniki əməkdaşlıq üzrə federal xidmət, eləcə də “Rosoboronekspert” da şərh verməyib.
“Həssas geosiyasi nüans”
[caption id="attachment_71544" align="aligncenter" width="1597"] İlham Əliyev (sağda) və Vladimir Putin, sentyabr, 2018-ci il[/caption]Qəzet yüksəkçinli mənbəyə istinadla yazır ki, raket kompleksiylə bağlı məsələ qaranlıq qalır, çünki Azərbaycana “Bal”ın verilməsi “tam həssas geosiyasi nüans” səbəbindən müzakirə olunmur. Belə ki, son illər X-35 tipli raketlər elə modernləşdirib ki, təkcə dənizdəki deyil, quru hədəfləri də vura bilər. Və Moskva Bakının bu silahdan Dağlıq Qarabağ münaqişəsində istifadə etməsini istəmir, mənbə belə deyib.
Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə əldə olunan atəşkəs razılığına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, bura bitişik 7 rayon və daha bir neçə kənd işğal edilib.
Hazırda Rusiya və Vyetnam ordularında “Bal” kompleksləri mövcuddur. 2010-cu illərin əvvəllərində Rusiya hakimiyyəti bu kompleksdən Liviyaya da göndərmək istəyib, amma 2011-ci ildə vətəndaş müharibəsi başladığından Rusiya hərbi göndərişlərə embarqo qoyub.
Azərbaycan isə 2014-cü ildən “Bal-E” raket kompleksinə maraq göstərməyə başlayıb. Bakı azı bir divizion əldə etməyi planlaşdırırdı.
Qeyd edək ki, Azərbaycanın rəsmi orqanlarından bu məsələyə, hələlik, münasibət açıqlanmayıb.
Ancaq “Kommersant” yazır ki, bu imtina Moskvayla Bakı arasında münasibətləri soyutmamalıdır. Hələ sentyabrda Azərbaycan Prezidenti İlham Əliyev bəyan elədi ki, “hərbi-texniki əməkdaşlığın böyük tarixi var”, “Rusiyayla Azərbaycan arasında reallaşdırılan kontraktların dəyəri 5 milyard dolları keçir” və artmaqdadır.
[embed]https://www.youtube.com/watch?v=zrhd2wDL_Js[/embed]