Bu gün, 12 dekabr keçmiş prezident Heydər Əliyevin vəfatının ildönümüdür.
Bu səbəbdən bu gün səhərdən Fəxri Xiyabana gedən yollar bağlanıb. Vətəndaşların keçmiş prezident Heydər Əliyevin məzarını kütləvi ziyarətilə əlaqədar nəqliyyatın hərəkəti dayandırılıb.
Bu gün keçmiş prezidentin vəfatının 15-ci ildönümü tamam olur. Dövlət başçısı İlham Əliyev və onun ailə üzvləri məzarı ziyarət ediblər.
Hökumət üzvləri, parlamentin depulatları, dövlət müəssisələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri də məzarın önünə əklil və çiçəklər qoyublar.
Bunun ardından Fəxri Xiyaban gün ərzində məzara çiçək gətirən digər vətəndaşlar üçün açıq olub.