Kantar Public məsləhət şirkətinin keçirdiyinə sorğuya əsasən, amerikalıların 63 faizi korporasiyalarda qadın rəhbər fikrini dəstəkləyir.
Respondentlərin 52 faizi qadınların prezident olması fikrinə mənfi yanaşmadıqlarını bildirib.
Kişilərin çoxu liderliyin genderə əsaslandığını, qadınların əksəriyyəti isə kişilər qədər qadınların da rəhbər vəzifələrdə çalışa biləcəyinə inandığını bildirib.
Senator Kamala Harris (Kaliforniya), Elizabet Uorren (Massaçussets), Kriten Gilibrand (Nyu-York) və çox ehtimal ki, 2016-cı il prezident seçkilərində namizəd Hillari Klinton kimi demkcrat qadınlar 2020-ci il prezident seçkilərinin potensiaa namizədi ola bilər.
[caption id="attachment_71435" align="aligncenter" width="1200"] (Soldan) Elizabet Uorren, Kamala Harris və Kirsten Gillibrand[/caption]Lakin onların mübarizəsi kişilərlə müqayisədə daha ağır keçə bilər. Amerikalıların yarıdan çoxu qadın prezident ideyasına müsbət yanaşır.
Şirkətin hesabatında deyilir ki, qadınların 60 faizi baş komandanlıq vəzifəsini yerinə yetirə biləcəklərinə, kişilərin isə 45 faizi buna inandıqlarını deyib.
Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Birləşmiş Krallıq daxil olmaqla, 7 inkişaf etmiş ölkədə keçirilən sorğularda on min insan iştirak edib.
İngiltərə və Almaniyaya hazırda qadınlar rəhbərlik edir.