oğrul Qocayevə 30 sutka həbs cəzası verilib
Dekabrın 11-də Prezident Administrasiyasının qarşısında növbəti dəfə etiraz aksiyası keçirərək, şəhidlərə görə ödənilməli müavinəti tələb edənlərdən biri - Toğrul Qocayev həbs olunub. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat verib.
T.Qocayevin atası Qarabağ döyüşlərində həlak olub. O, prezident sərəncamına əsaslanaraq, buna görə ödənilməli 11 min manatı tələb edir.
"Toğrulu Prezident Administrasiyasının qarşısında mülki geyimlilər tutub Səbail Rayon Polis İdarəsinə aparıblar. Orada protokol tərtib ediblər ki, guya o, polisin qanuni tələbinə əməl etməyib, səs-küy salıb. Daha sonra Səbail Rayon Məhkəməsinə aparıblar. inzibati Xətalar Məcəlləsinin 535.1 maddəsilə 30 sutka həbs cəzası veriblər", - deyə yaxınları bildirib.
Onların sözlərinə görə, artıq T.Qocayevi Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanaya aparıblar: "Zəng eləyib bu barədə ailəsinə xəbər veriblər".