Azərbaycan Prokurorluğu Hollandiyada siyasi mühacirətdə olan, "Orduxan Teymurxan" iii məşhur olan Orduxan Teymurxan oğlu Bəbirova qarşı cinayət işi açıb. Onun barəsində axtarış elan olunub. Bu barədə "Azadlıq Radiosu" prokurorluqdakı mənbəyə istinadən məlumat yayıb.
Orduxan barəsində axtarış elan edilməsi qərarı noyabrın 29-da Bakının Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilib.
Teymurxan CM-in 214-2 (terrorizmə açıq çağırış), 220.2 (kütləvi iğtişaşların təşkili), 281.2-ci (dövlətə qarşı açıq çağırışlar, dəfələrlə və ya qrupun tərkibində törədildikdə) maddələrlə ittiham edilir.
Baş Prokurorluğun mətbuat xidməti və bloger özü hələlik bu məlumatı şərh etməyib.
Teymurxan sosial şəbəkələrdə Azərbaycan hökumətini kəskin tənqid etməklə məşhurdur. 2017-ci fevralından başlayaraq onun Azərbaycandakı qohumları saxlanılma və inzibati həbslərə məruz qoyulub.