Azərbaycan Turizm Şurası ləğv edilib

Azərbaycan Turizm Şurası ləğv edilib
27 Dekabr 2018
Mətni dəyiş

Azərbaycan Turizm Şurası ləğv edilib. Bununla bağlı bu gün, dekabrın 26-da prezident İlham Əliyev sərəncam verib.

Sənəd “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamda dəyişiklik edilməsini nəzərdə tutur.

Sənəddə Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə normativ aktların buna uyğunlaşdırılması ilə bağlı tapşırıqlar da verilib.​

Xatırlatma

Prezident İlham Əliyev 2016-cı il sentyabrın 1-də Azərbaycan Turizm Şurasının yaradılırması haqqında sərəncam imzalamışdı.

Şuranın yaradılmasında məqsəd kimi ölkədə turizm sahəsində mövcud vəziyyəti təhlil etmək, problemlərin aradan qaldırılmasından ötrü tədbirlər görmək və bu sahədə dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasını əlaqələndirmək qeyd edilirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun