Bakının Nəsimi rayonunda Rəşid Behbudov küçəsində dekabrın 10-dan 11-ə keçən gecə qadın binanın beşinci mərtəbəsindən aşağı atılıb.
Məlumata görə, hadisə nəticəsində 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızı aldığı xəsarətdən hadisə yerində keçinib.
Bildirilir ki, qadını onun əri Bakı sakini Taxveli Ramiz Pərviz oğlu binanın 5-ci mərtəbəsində olan mənzilin eyvanından atıb.
"Hadisənin narkotik maddənin təsiri altında baş verib"Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən R.Taxveli saxlanılıb. R.Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yarandığı bildirilir.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Məlumata görə, Taxveli Ramiz Pərviz oğlu məşhur “Buta Palace”ın art dikertoru vəzifəsində çalışır.