Prezident İlham Əliyev Xəzər rayonunda üç qəsəbəni birləşdirən avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb.
Sərəncamda əlli beş min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Buzovna-Mərdəkan-Qala avtomobil yolunda söhbət gedir.
Rəsmi məlumata görə, avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsindən 5,6 milyon manat ayrılıb.
2018-ci ilin dövlət büdcəsindən ayrılan vəsaitin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə köçürülməsi nəzərdə tutulub.