Ermənistan KTMT sammitinin təxirə salınmasını xahiş etməyib. Bunu baş nazirin vəzifələrini icra edən Nikol Pashinian-ın sözçüsü deyir.
Arman Egoian dekabrın 4-də AzadlıqRadiosu-na bu haqda danışıb. Ondan bir neçə saat öncə isə Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yury UshakovMoskvada jurnalistlərə deyib ki, sammit Ermənistanın xahişilə qeyri-müəyyən vaxta təxirə salınır.
Egoian isə deyir ki, Pashinian əsl səbəbi daha öncə jurnalistlərə izah edib.
Pashinian dekabrın 2-də demişdi ki, sammit KTMT-nin yeni baş katibinin seçilməsi üzrə razılıq olmadığından ertələnib.
***
Kreml bildirir ki, Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) dekabr ayında keçirilməli olan sammitini təxirə salır.
Rusiya prezidentinin köməkçisi Yury Ushakov dekabrın 4-də bildirib ki, bu addım Yerevanın ricası ilə Ermənistanda dekabrın 9-da keçiriləcək parlament seçkisinə görə atılıb.
Ushakov Moskvada jurnalistlərə deyib ki, sammit dekabrın 6-da keçirilməli idi, lakin böyük bir ehtimalla gələn il keçirləcək.
Ermənistan hazırda KTMT-nin rotasiyalı sədr ölkəsidir. Bu təşkilata habelə Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.
KTMT-nin baş katibi Yuri Khachaturov 2008-ci ildə Ermənistanda konstitusiya quruluşunu devirmək cəhdində rəsmən ittiham olunduqdan sonra ötən ay vəzifəsini tərk edib.
2008-ci ilin mart hadisələri baş verəndə Khachaturov Ermənistan müdafiə nazirinin müavini idi.
Ushakov deyib ki, rusiyalı Valery Semerikov KTMT baş katibinin əvəzi kimi fəaliyyət göstərəcək.