Hökumət yanacağa vergini artırmaq planından imtina etdikdən sonra, şənbə günü meydanlara əvvəlki həftələrdə olduğundan az adam çıxıb.
Bu barədə dekabrın 15-də “Le Monde” qəzeti məlumat verir.
Daxili işlər nazirliyinin məlumatına görə, şənbə günü ictimai asaişin qorunmasına 70 minədək polis cəlb ediləcək.
Polisin məlumatına görə şənbə günü saat 11-dək şəhərdə keçirilən etiraz aksiyasına təxminən min adam çıxıb.
Bir həftə əvvəl isə şəhərdə keçirilən etiraz aksiyasına 10 minlərlə adam çıxmışdı. Həmin aksiyada 400-dən çox adam saxlanmışdı.
Hakimiyyət, bu şənbə Parisdə turislər üçün gəzməli yerlər və obyektləri açmaq qərarına gəlib.
Ölkənin digər regionlarında keçirilən etiraz aksiyalarına da xeyli az adam çıxıb.
Fransada etiraz aksiyaları bir neçə həftə bundan əvvəl başlayıb.
Aksiyaçılar dizel yanacağına verginin qaldırılması və bahalaşmaya etiraz edirlər.
Sonda hakimiyyət güzəştə getməli olsa da, sonradan nümayiş prezident Emmanuel Macron hökumətinə qarşı çevrildi.
Macron dekabrın 10-da vergilər və yanacağın bahalaşmasına 6 ay moratorium qoydu.
Yerli mətbuatın yazdığına görə, noyabrın ortalarından bu yana ölkə boyu keçirilən nümayişlər zamanı 4500-dək adam saxlanıb.