2 Dekabr 2018
Mətni dəyiş
Argentinada təşkil olunan G20 sammitinin yekun nəticəsi olaraq birgə bəyanat qəbul edilib.
Liderlər sammitin yekun bəyannaməsində beynəlxalq qaydalara sadiq qalmaq, ABŞ-ın etirazlarına baxmayaraq, Paris İqlim Müqaviləsinin eynilə tətbiq olunması və Dünya Ticarət Təşkilatında islahat aparılması barədə razılıq əldə ediblər. Paris xartiyasının davam etdirilməsinə yalnız ABŞ qarşı çıxıb.
Sammitin 2019-cu ildə Yaponiyada, 2020-ci ildə isə Səudiyyə Ərəbistanında keçirilməsi qərara alınıb.
Bəyannamədə gələcək əməkdaşlıq, inkişaf üçün infrastruktur, davamlı ərzaq strategiyası və gender bərabərliyi kimi mövzuların əhatəli şəkildə müzakirə olunduğu qeyd edilib.
31 maddədən ibarət bəyannamənin əsasını beynəlxalq iqtisadi sistem təşkil edib.