Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatı və pul bazası üzrə hesabatlar yayıb.
Rəsmi məlumata görə, dekabrın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 590,9 milyon dollar, pul bazasının həcmi 8 milyard 985,2 milyon manat olub.
Ötən ay valyuta ehtiyatında artım, pul bazasında azalma qeydə alınıb. Noyabrın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 536,4 milyon dollar, pul bazasının həcmi 9 milyard 153,3 milyon manat idi.
Aylar üzrə Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi aşağıdakı kimi olub.
Yanvar - 5 milyard 334,6 milyon dollar
Fevral - 5 milyard 381,2 milyon dollar
Mart - 5 milyard 387,3 milyon dollar
Aprel - 5 milyard 508 milyon dollar
May - 5 milyard 465,8 milyon dollar
İyun - 5 milyard 471,4 milyon dollar
İyul - 5 milyard 512,7 milyon dollar
Avqust - 5 milyard 546,9 milyon dollar
Sentyabr - 5 milyard 503,5 milyon dollar
Oktyabr - 5 milyard 534,5 milyon dollar.