"Praym Kraym"ın məlumatına görə, Türkiyə hakimiyyəti dekabrın əvvəllərində 46 yaşlı Lotu Quli ləqəbli "qanuni oğru" Nadir Səlifovu ekstradisiya edib. O, Bakıya göndərilib, orada ev dustaqlığına alınıb.
Səlifov bir il azadlıqda olub. 22 il həbsdə qaldıqdan sonra ötən ilin oktyabrında gözlənilmədən azad edilib, Azərbaycanı tərk edib və İstanbula köçüb.
1995-ci ildə Nadir Səlifov hələ sovet pasportu ilə həbs edilmişdi, azad edildikdən sonra isə Türkiyəyə gedib. Bəzi məlumatlara görə, Qulinin vətəndaşlığı hələ də müəyyən edilməyib.
Maraqlıdır ki, Rusiya da Qulinin ona təhvil verilməsinə çalışırdı, İnterpol vasitəsilə barəsində axtarış elan etmişdi, amma Moskvanın tələbləri təmin edilməyib, bundan sonra Azərbaycan Səlifovun təhvil verilməsini tələb edib.
Səlifov postsovet məkanında ən nüfuzlu "qanuni oğrulardan" biri hesab olunur. Bir müddət əvvəl ekspertlər deyirdilər ki, o Rusiyaya düşərsə, Qulinin 54 yaşlı Şişkan ləqəbli Oleq Şişkanovu 2018-ci ilin avqustunda seçkiləri keçirilən baş "qanuni oğru" kimi tanımadığına görə mafiya qurumları arasında yeni müharibə başlaya bilər.
Bir müddət əvvəl TopNews-un yazdığı kimi, Türkiyədə olarkən Səlifov İstanbulda Mərkəzi Asiya və Qafqazdan qanuni oğruların ən böyük yığıncağını təşkil edib.