Bu gün Brent nefti 3,4% də ucuzlaşaraq barelinin qiyməti 57,63 dolları, ABŞ xam nefti də 3,4% ucuzlaşaraq bareli 48.23 dolları görüb.
Neft qiymətləri əvvəlki seanslarda 3%-dən çox düşmüşdü.
İnvestorlar, "OPEC+" koalisiyasının hasilatın azaldılması qərarının ABŞ-da istehsalın artdığı bir şəraitdə işə yarayıb yaramayacağı məsələsində daha çox işarə axtarırlar.
ABŞ-da istehsalın artacağına dair proqnozları, aralarında Səudiyyə Ərəbistanı və Rusiyanın da olduğu "OPEC+" koalisiyasının qərarı ilə bağlı qeyri-müəyyənlik yaradır.
"OPEC+" hasilatın gələn ilin əvvəlindən 1,2 milyon barel azaldılmasına qərar verib.