“Ermənistan vətəndaşının səsi bir də heç vaxt saxtalaşdırılmayacaq, Ermənistan vətəndaşı bir daha özünü öz ölkəsində yad hesab etməyəcək,heç kim bird aha Ermənistan vətəndaşının hüquqlarını poza bilməyəcək”.
AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə, bunu Ermənistanın baş naziri əvəzi Nikol Pashinyan noyabrın 30-da Razdanda seçkiqabağı təbliğat kampaniyasında deyib.
O qeyd edib ki, ermənistanı santimetr, metr-metr inkişaf etdirəcək,onu həqiqətən də güclü və xoşbəxt ölkəyə çevirəcəklər.
Pashinyan 6 ay ərzində ölkədə baş verən dəyişiklikləri sadalayıb.
“Qaz və işıq aztəminatlı ailələr üçün 20-10 dram uzuzlaşdırılıb, içməli su bahalaşmayacaq, hansı ki, dekabrda bahalaşmalı idi, amma 2024-cü ilədək bahalaşmayacaq. 209 min nəfərin maaşı artırılıb, 2019-cu ildə isə daha 200 min nəfərin maaaşları qaldırılacaq. Yanvarın 1-dən isə 85 min nəfərin pensiya və təzminatları artırılacaq. "Gənc ailələr üçün əlverişli mənzillər" proqramı çərçivəsində ipoteka kreditləri üzrə faiz dərəcələri görünməmiş dərəcədə düşüb: ipoteka kreditlərini ikincil bazarda 5 faizdən götürmək olar. Son 7 ayda isə ipoteka üzrə faiz dərəcələri hamı üçün 1,5% azalıb”, deyə Pashinyan bildirib.
Pashinyan qeyd edib ki, 125 min nəfərin borçu təmizlənib. Yəni “qara siyahıda” olan 125 min nəfər indi “Ağ siyahıdadır” və yenidən kredit götürə bilərlər.
“Həmçinin ikinci uşağa görə birdəfəlik təzminat 3 dəfə artırılıb. 38 min işçi kölgədən qanuni müstəviyə çıxarılıb.
150 min nəfər yol hərəkəti qaydalarını pozduqlarına görə cərimədən azad ediliblər və nəticədə 13 milyard dram insanlara bağışlanıb. 2019-cu ildən 200 min nəfər səhiyyə sahəsində sosial paketdən istifadə edərək pulsuz müalicə olunacaqlar.
İqtisadi monopoliya və xırda korrupsiya ləğv edilib. Keçmiş oliqarxlar artıq hökumətin qərarlarına təsir imkanlarından məhrum olublar”, Pashinyan deyib.
Pashinyan daha sonra qeyd edib ki, seçkilər son 24 il ərzində ölkədə ilk dəfədir ki, saxtalaşdırılmır, ölkədə siyasi məhbus yoxdur, polis vətəndaşları döymür və dövlət sərhədlərinin qorunmasında iştirak edir.
Pashinyan sonda deyib ki, hökumətin qarşısına qoyulmuş bütün tapşırıqlar tam yerinə yetirilib.