Ermənistanda keçirilən parlament seçkilərində Nikol Paşinyanın komandasının qələbəsi təkcə ölkə üçün deyil, həm də region üçün geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edəcək. Bu barədə tanınmış politoloq, Azərbaycan prezidenti katibliyinin keçmiş rəhbəri Eldar Namazov Turan-a müsahibəsində deyib.
"İlk növbədə, 9 dekabr seçkiləri bu ilin aprelində Ermənistanda başlamış hakimiyyət dəyişikliyi prosesini başa çatdırdı. Ötən aylarda Paşinyanın komandası çox iş gördü, ancaq dünənki qələbə cəmiyyətin real dəyişikliklərə can atdığını göstərdi", - E.Namazov qeyd edib.
Eyni zamanda o deyib ki, sırf arifmetika baxımından Paşinyana və onun tərəfdarlarına seçicilərin ancaq üçdə biri səs verib, nəzərə alsaq ki, seçicilərin 48%-i səs verib və onların arasında bir hissə Paşinyanın əleyhdarlarına səs verib.
"Bununla belə, "Mənim addımım" hərəkatı və Çiçəklənən Ermənistan Partiyası parlementdə mütləq çoxluq qazanıblar və konstitusion islahatlar həyata keçirə bilər.
Lakin bütünlüklə qanunverici hakimiyyəti əldə edən yeni hökumət həm də yeni problem qazandı- parlamentdıə real müxalifətin olmamasını. Bu, o deməkdir ki Respublika, Daşnaksütyun partiyaları və digər qüvvələrin timsalında birləşmiş müxalifət hakimiyyətlə qeyri-hüquqi meydanda, küçələrdə mübarizə aparacaq ki, bu da olduqca təhlükəlidir", - E.Namazov bildirib.
Ermənistanın xarici siyasi oriyentasiyasının necə dəyişəcəyi barədə sualın cavabında politoloq deyib ki, yeni parlamentin cəmi 20%-ni Çiçəklənən Ermənistan Partiyasından olan Qagik Sarukyanın tərəfdarlarının timsalında Rusiyapərəst qüvvələr təmsil edir.
"Ermənistanda yeni hakimiyyətin qərbyönlü olacağına şübhələr azdır, baxmayaraq ki, Paşinyan hər məqamda Rusiya ilə münasibətlərin strateji xarakter daşıdığını qeyd edir və bildirir ki, xarici siyasətdə heç bir dəyişiklik olmayacaq.
Lakin Paşinyanın və onun tərəfdarlarının əvvəlki siyasəti bunun əksindən xəbər verir: onlar Qərbə bacardıqları qədər və ya Moskvanın buna imkan verəcəyi qədər yönələcəklər", - E.Namazov bildirib.
"Ermənistanı öz orbitində saxlamaq Rusiya üçün nə qədər sərfəlidir" sualının cavabında politoloq qeyd edib ki, indiki halda iqtisadi fayda həlledici əhəmiyyət daşımır.
"Baxmayaraq ki, bu gün Rusiya faktiki olaraq Ermənistanı dəstəkləyir, iqtisadi tərəf ikinci dərəcəli əhəmiyyət daşıyır. Birinci yerdə geosiyasi maraqlar gəlir. Əvvəlki kimi, Moskva üçün əsas vəzifə ABŞ, Avropa İttifaqı və NATO-nun timsalında Qərbi regiona buraxmamaqdır. Bu strateji məqsəddən ötrü Rusiya Paşinyana və onun komandasına dözməli və hr vəchlə əngəlləməli olacaq.
Ümumilikdə, Yuşenko hakimiyyətə gəldikdən sonra Ukraynada yaranmış vəziyyət yaranır. Moskva guya onun qələbəsini qəbul etmişdi, ancaq dərhal sonra Rusiyapərəst qüvvələri hazırlamağa və gücləndirməyə başlamışdı. Bu proses bir ildən çox çəkdi və Yanukoviçin qələbəsilə ilə nəticələndi.
Zənnimcə, Moskva Ermənistanda da həmin yolla gedəcək", - E.Namazov qeyd edib.
"Qarabağ nizamlanması məsələsində nə gözləmək olar" sualının cavabında E.Namazov son həftələr, hətta aylarda keçirilən diskussiyaları qeyd edib. Ermənistanda və Qarabağda Paşinyanın əleyhdarları onu Qarabağ ətrafındakı əraziləri, hətta Qarabağın özünü təhvil verməyə hazırlaşmaqda ittiham etdilər.
Paşinyanın yaxın tərəfdarlarından biri Sasun Mikaelyanın fikirləri hay-küyə səbəb oldu. O demişdi ki, "məxməri inqilab"ın qələbəsi Qarabağda qələbədən vacibdir.
Paşinyanın əleyhdarları bu fikirlərdən "Qarabağın verilməsi planlarına təsdiq və xəyanətə sübut " kimi istifadə etdilər.
"Ancaq ən maraqlı odur ki, "Mənim addımım" hərəkatı liderləri arasında məhz Sasun Mikaelyan ən çox seçici səsi toplayıb. Bunu erməni ictimaiyyətinin əhval- ruhiyyəsinin dəyişməsi və faktiki olaraq Qarabağın ermənilər üçün ikinci yerdə olması fikri ilə razılaşması kimi qiymətləndirmək olar", - E.Namazov deyib.
Politoloq güman edir ki, Paşinyanın komandası nizamlanmaya dair danışıqlar prosesinin daha açıq olmasına və ictimai rəyin formalaşması məqsədilə cəmiyyətdə diskussiyalara başlanmasına əl ata bilər.
"Hazırda Ermənistan ictimaiyyəti Robert Köçəryan və Serj Sarkisyan hökumətlərinin hazır olduqlarına hazır deyil. Söhbət ATƏT-in Minsk Qrupunun hazırladığı prinsiplərdən gedir. Bu prinsiplər Qarabağ ətrafında 7 rayonun azad edilməsini, azərbaycanlıların oraya qayıtmasını nəzərdə tutur. Ancaq erməni ictimaiyyəti buna hazır deyil, hətta Qarabağa status verilməsi şəraitində belə. Bu, beynəlxalq vasitəçilərdə ciddi suallar doğurur və ABŞ-ın keçmiş səfirinin bununla bağlı müsahibəsi buna aydın sübutdur. Odur ki, cəmiyyətdə əhval-ruhiyyəni dəyişmədən nizamlanma məsələsində irəliləyişə ümid etmək mümkün olmayacaq", - Eldar Namazov vurğulayıb.