Qurban Qurbanov istefa verdi: "İnkişaf istəyiriksə, mütləq dəyişikliklər olmalıdır"

Qurban Qurbanov istefa verdi: "İnkişaf istəyiriksə, mütləq dəyişikliklər olmalıdır"
8 Dekabr 2018
Mətni dəyiş

Azərbaycan Futbol Milli Komandasının baş məşqçisi Qurban Qurbanov vəzifəsindən istefa verib.

Bu barədə mütəxəssis özü AFFA İcraiyyə Komitəsinin iclasından sonra açıqlma verib. İcraiyyə Komitəsi Qurbanovun istefasını qəbul edib.

"Milli ilə yollarımız ayrıldı.Qarşılıqlı razılıq əsasında qərar qəbul olundu. Gördülər ki, iki yerdə çalışmaq çətindir. Çalışdım ki, vicdanla işimi görüm. Məşqçi işi elədir ki, hər zaman çamadanın yanında olmalıdır".

Q.Qurbanov deyib ki, aşağı yaş qrupları üzrə bütün komandaların baş məşqçiləri isə istefaya gedəcək. Onun sözlərinə görə, sıfırdan başlamaq lazımdır.

Baş məşqçi bildirib ki, altı illik müqavilə bağlansa da, əməkdaşlıq qısa çəkdi. O, milli yığmanı "Qarabağ”dan ayırmadığını deyib.

"Hər şey qarşılıqlı oldu. Nə göndərildim, nə istefa verdim.Bura (AFFA İcraiyyə Komitəsinin iclasına - red.) gələndə, bilirdim ki, milli ilə vidalaşacam. Düşünmürəm ki, federasiya yeni baş məşqçi seçimində səhvə yol versin. Ümumiyyətlə, heç vaxt AFFA-nı səhv qərarda suçlamamışam”.

Q.Qurbanov nə vaxtsa yığmaya qayıda biləcəyini də istisna etməyib.

"Nə vaxtsa yığmaya qayıdacağımı bilmirəm. Mən təyin olunanda da baş məşqçi üçün fikirlərini gizli bildirmişdilər".

Baş məşqçi əlavə fikir söyləmək istəmədiyini bildirib. Deyib ki, inkişaf istəyiriksə, mütləq dəyişikliklər və daha yaxşı təkliflər olmalıdır.

"AFFA İcraiyyə Komitəsindən çıxarılmağımı təklif etdim. Buradan getmək istəyirəm. Çünki gərək fikrimiz öz klubumuzda olsun".

Xatırlatma

Qurban Qurbanov 2006-cı ildən məşqçi karyerasına başlayıb. 2008-ci ildən "Qarabağ"-ın baş məşqçisidir. Avropa yarışlarında ən yaxşı azərbaycanlı məşqçi hesab olunur.

Q.Qurbanov Azərbaycan futbol tarixində Avropa Çempionlar Liqasına komanda çıxaran məşqçi olub.

2017-ci il noyabrın 3-də futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun