Azərbaycanın Olimpiadadakı tək təmsilçisi finişə çata bilməyib

Azərbaycanın Olimpiadadakı tək təmsilçisi finişə çata bilməyib
22 Fevral 2018
Mətni dəyiş
Azərbaycan 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarında çıxışını başa vurub. Abzas.net xəbər verir ki, fevralın 22-də Olimpiadada iştirak edən yeganə təmsilçimiz Patrick Brachner dağ xizəkçiliyinin slalom yarışında çıxış edib.
106 idmançının qatıldığı mübarizədə 68-ci sıra nömrəsi ilə qüvvəsini sınayan avstriyalı legioner finişə çata bilməyib. İlk cəhddə uğursuz çıxış edən Patrick Brachner mükafatçıların müəyyənləşəcəyi ikinci yürüşə qatılmayacaq. Brachner Soçi-2014 Olimpiadasında da finişə çata bilməmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun